Yazını böyüt
Yazını kiçilt
Bakı Nəqliyyat Agentliyi paytaxtda qaldırıcı kranın aşması ilə bağlı sürücülərə müraciət edib.
Hafta.az-ın məlumatına görə, müraciətdə deyilir: "Bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.
Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik".